Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2015

“Həbsdə olan əqidə yoldaşlarımdan artıq deyiləm”

Eldəniz Quliyev: «İqtidar kənardan elə əcaib görünür ki, həbs hər şeydən yaxşı seçimdir»

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, görkəmli ziyalı Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovla məhkəmə çəkişməsi sonucunda ona kəsilən 1140 manatlıq cərimə cəzasını ödəmək üçün mayın 15-nə qədər vaxt verildiyini bildirib:
“Nəsimi Rayon Məhkəməsi tərəfindən kəsilən 1140 manatlıq cərimənin 500 manatını ödəmişəm. Bu məsələdə mənə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri kömək edib. Lakin mayın 14-də mənimlə əlaqə saxlayan məhkəmə icraçısı Ramiz Quliyev bildirdi ki, mayın 15-də cərimənin qalan hissəsini ödəyib qurtarmalısan. Əks təqdirdə sənə qarşı daha ciddi addımlar atılacaq. Mənsə indiki vəziyyətdə bu vəsaiti ödəyə bilmədiyimi, bunun üçün bir az zamana ehtiyac duyduğumu bildirdim. R.Quliyev isə qeyd etdi ki, mayın 15-i pulun ödənməsi üçün son müddətdir. O, açıq şəkildə etiraf etdi ki, cərimənin ən qısa zamanda ödənilməsi ilə bağlı ona ”yuxarıdan" göstəriş verilib və onun məhkəmə icraçısı kimi bu məsələdə edə biləcəyi bir şey yoxdur".
E.Quliyev bildirdi ki, görünən odur ki, mövcud hakimiyyət öz opponentlərinə qarşı ən iyrənc üsullardan istifadə etməkdən, onların maddi sıxıntılarından faydalanmaqdan çəkinmir.
E.Quliyev bildirdi ki, baş verənlər onu deməyə əsas verir ki, mayın 15-dən etibarən hakimiyyət ona qarşı yeni təzyiq və təqib mexanizmlərini işə salacaq. E.Quliyevin yaranmış vəziyyətdə ata biləcəyi addımlara gəlincə isə, o, qeyd etdi ki, Azərbaycanda bərabər hüquqlu vətəndaş cəmiyyətinin olmaması təəssüf edicidir: “Biri milyonları, milyardları mənimsəyə bilər, digəri isə düz söz dediyinə görə, həbsdə yata bilər. Bu qeyri-tarazlıq demokratiyanın kökünə vurulan baltadır. Hazırda Ramil Usubovla olan məhkəmə çəkişməm də belədir. O, əlində olan qeyri-qanuni təzyiq vasitələrindən istifadə edir. Çünki əvvəlcə mən kəsilmiş cəriməni hissə-hissə ödəmək barədə məhkəmə icraçısı ilə razılıq əldə etsəm də sonradan həmin şəxsə də təzyiqlər oldu. Məlum oldu ki, onların məqsədi cəriməni ödətdirmək yox, məni sındırıb, əzməkdir. Əgər bunun sonu həbsdirsə, mən həbs olunan əqidə yoldaşlarımdan artıq deyiləm. Amma hazırkı iqtidar kənardan elə əcaib görünür ki, həbs hər şeydən yaxşı seçimdir. Əllərindən gələni beş qaba çəksinlər”.
E.Quliyev bildirdi ki, hakimiyyət hazırda aqoniya vəziyyətindədir: “Canlı ölüm qarşısında olanda inamsız əl-qol hərəkətləri atır. Bu gün baş verən siyasi həbslər, müxalif gənclərin həbsi, müxalif fikirli insanlara qarşı təzyiqlər hakimiyyətin aqoniyasından xəbər verir”./azadlıq/
848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10