Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2015

3 yaşlı uşaq 1 yaşlı bacısını güllələdi

ABŞ-da nəzarətsiz olan üç yaşlı oğlan avtomobildə bir yaşlı bacısına tapançadan atəş açıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, insident ötən axşam Florida ştatının Venis şəhərində baş verib.

“Uşaqların nəzarətsiz olması faciə ilə nəticələnib. Üç yaşlı uşaq avtomobildə tapança aşkarlayaraq atəş açıb, nəticədə bir yaşlı uşaq yaralanıb”, deyə şəhər polis idarəsinin nümayəndəsi Vins Mayer bildirib. Başından yaralanan uşaq təcili xəstəxanaya çatdırılıb, həkimlər onun həyatını xilas edə bilib.

Hadisə baş verən an uşaqların anası avtomobildə olmayıb. Baş vermiş hadisəyə görə, qadın hələlik cinayət məsuliyyətinə cəlb olunmayıb.

Qeyd edək ki, ABŞ-da mütəmadi oxşar hadisələr baş verir. Yanvarın sonlarında ABŞ-ın Missuri ştatında 5 yaşlı uşaq təsadüfən tapança ilə 9 aylıq qardaşını güllələyib./apa/
546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
15.01.17, 14:33