Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2015

Kalsiumun orqanizmdə əvəzsiz rolu

Kalsium elementi orqanizmdə çox mühüm rol oynayır. Bu mineral orqanizmdə gedən bir çox əhəmiyyətli proseslərdə iştirak edir.

Kalsium sümük toxumasının əsas elementidir. Orqanizmə kalsium kifayət miqdarda daxil olunduqda, insanın sümükləri möhkəm olur. Əks halda sümüklər kövrək olacaq, skelet əyiləcək, hətta yüngül travma nəticəsində sümüklər qırıla bilər.

Dişlərimizin vəziyyəti də kalsiumdan asılır.

Kalsium bədənin bütün əzələlərinin normal fəaliyyəti üçün çox vacibdir. Kalsiumun defisiti əzələlərdə spazmlara (tutulmalara), əzələlərin keyiməsinə, qıcolamlara səbəb olur.

Ürək də əzələdir. Bu əzələnin normal fəaliyyəti insan üçün həyati vacibdir. Kalsium urəyin sağlamlığı və normal fəaliyyəti üçün çox önəmlidir. Kalsium ürək döyünməsinin tənzimlənməsində iştirak edir. Bu mineralın defisiti zamanı ürək fəzliyyətində pozulmalar yaranır.

Kalsium arterial təzyiqinin səviyyəsini aşağı salır.

Kalsium insanın sinir sisteminin fəaliyyətində də iştirak edir. Bu mineral sinirlər arasında impulsların ötürülməsi üçün vacibdir. Kalsiumun çatışmazlığı insanın əqli fəaliyyətinə mənfi təsir edir, yuxusuzluğa, əsəbiliyə səbəb olur.

Orqanizmdə "pis" və "yaxşı" xolesterin sintez olunur. "Pis" xolesterin damarların divarlarında yığılaraq aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz isə infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.Kalsium orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır.

Kalsium həmçinin qanın normal laxtalanması, mübadilə prosesləri, damarların sağlamlığı, immun sisteminin fəaliyyəti üçün də çox vacibdir.

Kalsium orqanizmə allergiya əleyhinə təsir edir.

Kalsium hər gün orqanizmdən sidik, nəcis, tər ilə xaric olunur. Bu səbəbdən kalsium  orqanizmə daim daxil olunmalıdır. Kalsium bir çox məhsullarda var. Lakin kalsiumun orqanizmdə normal mənimsənilməsi üçün müəyyən şərait lazımdır. Belə ki, kalsiumun orqanizm tərəfindən effektli şəkildə mənimsənilməsi üçün D3 vitamini lazımdır. Bu vitamin orqanizmdə gün şüaları təsirindən əmələ gəlir. Əgər insan daim açıq havada az müddət ərzində olursa, bu D3 vitamininin sintezinə və nəticədə kalsiumun mənimsənilməsinə mənfi təsir edir.

Digər tərəfdən kalsiumun mənimsənilməsini maqnezium, fosfor kimi minerallar və C vitamini yaxşılaşdırır. Maqnezium qara çörək, noxud, lobya, yulaf yarması, qoz-fındıq və s. məhsullarda, fosfor - qoz-fındıq, yumurta, balıq, ət, mərci, arpa kimi məhsullarda var.

Kalsiumun mənimsənilməsini fiziki aktivlik artırır.

Əksinə isə siqaret çəkmək, spirtli içkilərin qəbulu, duzlu qidalar, açıq havada az olmaq, azhərəkətli həyat tərzi kalsiumun orqanizmdə mənimsənilməsini pisləşdirir.

Kalsiumla bütün süd məhsulları (kəsmik, yoqurt, qatıq, pendir, süd və s.), müxtəlif kələm növləri  (xüsusilə brokkoli kələmi), göyərtilər (xüsusilə ispanaq), avokado, yaşıl lobya, qoz-fındıq, balıq, küncüt toxumları, buğda kəpəyi zəngindir. Həmçinin kalsium bir çox giləmeyvələrdə (qarağat, böyürtkən, albalı, çiyələk), meyvələrdə (ərik, üzüm, şaftalı, portağal) də var./sağlamolun/

783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:12
Putin Kremldə fut