Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Şəhid ailələləri Konstitusiya məhkəməsinin qarşısında piket keçirəcəklər

Şəhid ailələləri və Qarabağ müharibəsi əlilləri Konstitusiya məhkəməsinin qarşısında piket keçirtmək üçün noyabrın 29-da Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Bu barədə “Qafqazinfo”ya piketin təşkilatçılarından olan "Şəhid ailələrinə Sosial Dəstək" İB-nin sədri Almaz Zeynalova məlumat verib.


O həmçinin əlavə edib ki, 2010-cu ildən bəri, Azərbaycanın ərazi bütövliyi zamanı şəhid olmuş şəxslərin varisləri, yəni şəhid ailələri və aldıqları xəsarətlərdən əlil olmuş, müharibəsi əlilləri onlara qanunla hərbi qulluqçu olduqlarına görə ödənilməli olan dövlət, icbari sığorta ödənişlərini ala bilməyiblər:

“Bu sahəyə cavabdehlik daşıyan müvafiq qurumlara müraciət etdik, müraciətimizə cavab olaraq qeyd etdilər ki, 01 sentyabr 2000-ci il tarixinədək qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Qeyd edilən hal mülki qanunvericiliyin tələblərinə görə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia müddəti üç ildən artıq keçdiyinə görə sığorta ödənişinin verilməsi qeyri-mümkündür.

Belə ki, 25 oktyabr 2013-cü il tarxində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Fərhad Abdullayevin sədrliyi ilə, Ali Məhkəmənin sorğusu əsasında "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunun bəzi müddəalarının şərh olunması üçün növbəti xüsusi konstitusiya icraatı qaydasında iclası keçirilib. Artıq bir aydan çox vaxt keçməsinə baxmayaraq məlum qərarın elan olunmaması, yüzlərlə şəhid ailələrini və Qarabağ müharibəsi əlillərinin ciddi narazılığına səbəb olur. İlk əvvəl qərarın iclas keçirildiyi gündən bir ay ərzində elan olunacağı bildirilmişdisə də, sonra Konstitusiya Məhkəməsinin rəsmisinin şəhid ailələri ilə danışığı zamanı ola bilsin qərar 2 aya 3 aya elan oluna bilər deyə cavab verilib".
1906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı