Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2015

“İŞİD-in qurbanları bir vaxt onu dəstəkləyənlərdir”

“Tehran İŞİD-lə mübarizə aparmaq üçün Vaşinqtonun ciddi hazırlaşdığını müşahidə etmir”.

Bu açıqlama ilə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

Onun sözlərinə görə, İran İŞİD-ə qarşı qlobal və regional səviyyədə aparılacaq istənilən mübarizəni dəstəkləyəcək:

“İŞİD və Əl Qaidəni dəstəkləyən qüvvələrin özləri sonradan onların qurbanları olublar. Qərb də bu problemin bir hissəsidir. Bu gün İraq və Suriya insanların başını kəsən, onları canlı-canlı yandıran şəxslər Qərbdə doğulub böyüyən insanlardır. Biz hələ də Suriyadakı qanuni hökuməti dəstəkləyirik. Əgər biz bunu etməsəydik, İŞİD bu dəqiqə Dəməşqdə oturardı. Biz hər zaman demişik ki, Suriya problemini yalnız siyasi yollarla həll etmək olar”./axar/
701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP