Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2015

Müqəddəs Qum səmasının qan ağlayan günü

Qara buludlar müqəddəs şəhərə matəm gətirdi. Allah öz övliyasını əbədiyyətə qovuşdurmaq qərarına gəldi. Ayətullah-üzma Behcət dünya həyatına vida dedi!

Bəli, Allah-təala hər zaman, elə texnoloji tərəqqinin qəlbləri dondurduğu dövrdə də bəndələrə xüsusi məhəbbət göstərir, Ona doğru addım atanları haqq yola yönəldir. Təkamül yolu bəndələr üçün həmişə açıqdır. İnsan zəhmətə qatlaşsa indiki dövrümüzdə də İmam Mehdinin (ə) diqqəti sayəsində Allaha doğru gedən yolun sadiq yolçusuna çevrilər və kamil məqama çatar. Deyilənlər əfsanə yox, sübuta yetmiş həqiqədir. Bu həqiqətləri dərk edərək qəlblərimizi dünya bağlılıqlarından azad edə bilsək, mənəvi ləzzətlərin maddi ləzzətlərdən qat-qat üstün olduğunu başa düşərik. Bəşər tarixi heç zaman Allahın höccətlərindən, arif insanlardan xali olmayıb. Müqəddəs Qum şəhəri əsrin belə bir arifinə öz qoynunda yer verdiyi üçün fərx edə bilərdi. Bu böyük insan dünya müsəlmanlarının sevimlisi, təqlid mərcəsi Ayətullah-üzma Behcət idi. 6 il bundan öncə Qum səması qan ağladı. Qara buludlar müqəddəs şəhərə matəm gətirdi. Allah öz övliyasını əbədiyyətə qovuşdurmaq qərarına gəldi. Ayətullah-üzma Behcət dünya həyatına vida dedi! Rəhmət diləyirik bütün Allah övliyalarına! Başsağlığı veririk İmam Mehdiyə (ə), dünya müsəlmanlarının rəhbəri Ayətullah Xameneiyə! Allah-taala Ayətullah-üzma Behcətin övliyalıq nurunu yer üzündə davamlı buyursun, yeni Allah dostlarının hüzurundan bəhrələnə bilək.
624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 09:08