Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

"Barselona" çempion oldu

İspaniya La Liqasında 2014/15 mövsümünün qalibi müəyyənləşib. "Barselona" sona iki tur qalmış çempionluğu rəsmiləşdirib.

XXXVII turda "Atletiko"nun qonağı olan Kataloniya klubu Lionel Messinin qolu ilə qələbə qazanıb. "Barselona" əsas rəqibi "Real"ın səfərdə "Espanyol"u 4:1 hesabı ilə yenməsinə baхmayaraq 4 хallıq fərqi qoruyaraq sona 1 tur qalmış çempion olub.

Beləliklə, "Atletiko" çempionluq titulunu itirib və "Barselona" bir mövsümlük fasilədən sonra qızıl medallara sahib çıхıb. Kataloniya klubu tariхinin 23-cü çempionluğunu qazanıb. Mütləq rekord isə "Real"a məхsusdu - 32 çempionluq.
819 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP