Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

Təhsil Nazirliyindən Laçının anım gününə qadağa

«Bütün direktorlara təlimat verilib ki, Avropa Oyunları ilə əlaqədar rayonun işğal günü anıla bilməz»

Mayın 18-i Azərbaycanın əzəli torpaqlarından biri olan Laçın rayonunun ermənilər tərəfindən işğal edilməsi günüdür. Hər il digər rayonların işğaalı kimi, Laçının da ermənilər tərəfindən silah gücünə əldə edilməsi anım mərasimi ilə qeyd olunur.

Qeyd edək ki, bu günlə əlaqədar ölkənin ictimai-siyasi xadimləri daxil olmaqla yanaşı, digər kateqoriyadan olan insanlar da Laçını anma mərasimləri təşkil edirlər. Amma…

İşin amması odur ki, bu il orta məktəb müəllimləri və şagirdləri Laçın və digər rayonların işğalı günləri ilə bağlı tədbirlər keçirə bilməyəcəklər. Bu barədə məlumatı jurnalist Elçin Həsənov Facebookda yayıb.

Onun məlumatına görə, Sumqayıt və Bakıda yerləşən bir çox orta məktəblərin müəllimləri Laçının işğal gününü qeyd etməyə hazırlaşdıqları bir vaxtda, Təhsil Nazirliyindən gələn təlimatdan şoka düşüblər. Belə ki, nazirlik Bakıda keçiriləcək Avropa Yay Oyunları ilə əlaqədar bu tip hüzünlü mərasimlərin təşkil edilməməsi üçün qəti tapşırıq verib. Nazirliyin direktorlara verdiyi təlimata əsasən Avropa oyunları ilə bağlı yollar bağlı olacaq və şagirləri ora aparmaq da icazəsizdir.

İşğal günlərinin qeyd edilməsinin Təhsil Nazirliyi tərəfindən qəbul edilməsi qətiyyən başa düşülən deyil. Avropa Oyunları ilə yetərli qədər qadağaların qoyulmasına, bir də bunun əlavə olunması sözün həqiqi mənasında biabırçılıqdır. /jam.az/
708 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...