Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

Taekvondoçumuz dünya çempionu oldu

Azərbaycan taekvondoçusu Radik İsayev dünya çempionatında 14 illik həsrətə son qoyub. 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız buna Rusiyanın Çelyabinsk şəhərində keçirilən mundialda qızıl medal qazanmaqla nail olub.

Belə ki, dünya çempionatının altıncı günü tatamiyə çıxan İsayev bütün rəqiblərinə gücünü göstərib. Öncə Banqladeş idmançısı İmyaiz İbne Alini 19:0 hesabı ilə məğlub edən yığmamızın lideri ikinci görüşündə Çin Taypeyi təmsilçisi Çanq Kaini üstələyib – 13:3. Radik 1/4 finalda fransalı M’Bar N’Diaye ilə üz-üzə gəlib. Təmsilçimiz ötən il Bakıda keçirilən Avropa çempionatının finalında məğlub etdiyi rəqibdən güclü olduğunu növbəti dəfə sübut edib (8:2).

Yarımfinalda taekvondoçumuz 2013-cü ildə Meksikada baş tutan dünya çempionatının qalibi Rafael Kastillo (Kuba) ilə döyüşüb. Hazırda yaxşı formada olan İsayev mərkəzi amerikalını da məğlub edərək (7:6) finala yüksəlib. Qızıl medal uğrunda döyüşdə isə onun rəqibi özbəkistanlı Cəsur Baykuziyev olub. Bütün görüşlərini yüksək səviyyədə keçirən taekvondoçumuz asiyalı qarşısında da büdrəməyib və dünya çempionu titula yiyələnib.
832 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP