Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

Milli Şura siyasi məhbuslarla bağlı dinləmə keçirəcək

Milli Şura siyasi məhbusların azadlığı uğrunda mübarizə çərçivəsində mayın 19-da bu mövzuda ictimai dinləmə keçirəcək. Saat 12:00-da başlayacaq tədbir Beynəlxalq Mətbuat Mərkəzinin böyük akt zalında olacaq.
Toplantıda siyasi məhbuslarla bağlı yaranmış son durum müzakirə ediləcək. Problemi doğuran səbəblər və çıxış yolları araşdırılacaq, növbəti addımlar müəyyənləşəcək. Toplantının sonunda yekun Bəyannamə qəbul ediləcək.
İctimai dinləmələrdə yerli və beynəlxalq təşkilatların nümayəndələri, vətəndaş cəmiyyəti fəalları ilə yanaşı siyasi məhbus ailələri, onların vəkilləri, ziyalılar, siyasi partiya rəhbərləri, hüquq müdafiəçiləri və b. iştirak edəcək.
Siyasi məhbusların azadlığını istəyən, bu istiqamətdə çalışan, mübarizə aparan hər kəsi tədbirə dəvətlidir./azadlıq/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber