Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

Rusiya beynəlxalq sazişdən imtina etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixail Ulyanov Beynəlxalq Silah Ticarəti Sazişindən imtina etdiklərini açıqlayıb.

Nazirlik rəsmisi sazişin bütün müsbət və mənfi tərəflərini qiymətləndirdiklərini, lakin müqaviləni imzalamayacaqlarını deyib:

“Biz buna qatılmağın lazım olduğunu düşünmürük. Heç kim razılaşmanın 20-30 il ərzində hansı şəkildə olacağını bilmir”.

Qərbi Avropa, Rusiya, Şimali Avropa və ABŞ-da ixrac nəzarət sistemləri olduğunu xatırladan Moskva rəsmisi anlaşmaya etiraz etmədiklərini, sadəcə Rusiya üçün lazımlı olmadığını bildirib.

Xatırladaq ki, Beynəlxalq Silah Ticarəti Sazişi çoxtərəfli şərti silah ticarətini təşkil edir. Razılaşma ilkin olaraq 2 aprel 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının mərkəzi ofisində böyük səs çoxluğu ilə qəbul edilib. Uzun müddət müzakirələrin davam etdiyi razılaşmaya Rusiya, Çin və digər 23 ölkə bitərəf qalıb. Suriya, Şimali Koreya və İran isə sazişə qarşı olduqlarını elan edib. Razılaşma 24 dekabr 2014-cü ildən qüvvədədir./axar/
566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24