Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

ABŞ-dan müstəqil Kürdüstan vədi

ABŞ vitse-prezidenti Co Bayden Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə müstəqil Kürdüstan vədini verib.

Bayden kürd liderə, “İkimizin də ömrü kürd dövlətini görməyə çatacaq” deyərək, müstəqil Kürdüstanın yaradılacağına işarə edib.

Bu barədə Bərzaninin köməkçisi Korset Rəsul məlumat verib.

Onun sözlərinə görə, Bərzaninin Vaşinqton səfəri zamanı kürdlərin gələcəyi geniş şəkildə müzakirə olunub:

“Artıq qonşu ölkələrin bizlə necə bir əlaqə quracaqlarını gözləyən deyilik. Bağdadda yeni bir rəhbərlik var, yardım edəcəyik. Ancaq bu, millətimizin qanuni haqqından imtina edəcəyimiz anlamına gəlmir”.

Kürdüstan muxtariyyətinin rəsmisi onu da bildirib ki, Obama Bərzani ilə görüşdə Kürdüstan dövlətinin yaradılmasının vacibliyini, ancaq indiki dövrdə İŞİD-lə mübarizənin daha önəmli olduğunu qeyd edib./axar/
583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55
Kim Çen