Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Amerikalılarla əllə görüşdükdən sonra barmaqlarımızı saymalıyıq

Amerikalılarla əllə görüşdükdən sonra barmaqlarımızı saymalıyıq – Ayətullah Cəvadi Amuli
Ayətullah C. Amuli İran-Qərb nüvə razılaşmasına işarə edərək, bundan sonra müzakirəçilərin daha ayıq olmasını istəyib

“ABŞ fikirləşməsin ki, mövcud müzakirələr onlara etimad etməyimiz anlamındadır”.

İnterAz–ın “MehrNews”a istinadla verdiyi xəbərə görə, bunu İranın tanınmış alimi, Quran təfsirçisi Ayətullah Cəvadi Amuli ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən bildirib. Ayətullah C. Amuli İran-Qərb nüvə razılaşmasına işarə edərək, bundan sonra müzakirəçilərin daha ayıq olmasını istəyib.

O deyib: “Amerikalılar fikirləşməsin ki, biz onlara əl verib, görüşürüksə deməli onlara etimad edirik. Bizim ədəb-ərkanımız tələb edir ki, görüşək, məntiqimiz tələb edir ki, əllə görüşdükdən sonra barmaqlarımızı sayaq. Bizim hökümət digərlərinin hüquqlarının tanıyır və öz hüquqlarının da tanınmasını tələb edir.”
1971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP