Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

Şəhidlər Xiyabanında "Ya müharibə, ya şərəfsizlik! " tələbi

Bu gün Qarabağ Azadlıq Təşkilatının üzvləri və Laçın rayon ictimaiyyətinin nümayəndələri Laçının işğal günündə Şəhidlər Xiyabanını ziyarət etdilər, bütün Qarabağ şəhidlərinin, 20 Yanvar şəhidlərinin məzarları, Türk Şəhidliyi abidəsi, 2 dəfə Sovet Ittifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət olundu, ruhlarına dualar oxundu, məzarları üzərinə güllər qoyuldu.
QAT sədri Akif Nağı çıxışında deyib:
"Torpaqlarımızın işğalından çox vaxt keçib, torpaqların işğalına bu qədər dözmək şərəfsizlikdir. Torpaqlarımız yalnız hərbi yolla azad edilə bilər. Ya müharibəni başlayıb, nə qədər qanlar bahasına olursa olsun, torpaqlarımızı işğaldan azad etməliyik, ya da şərəfsizliyi boynumuza alıb, şərəfsiz həyat yolunu davam etdirə bilərik. Biz hakimiyyətdən də, cəmiyyətdən də müharibə yolunun seçilməsini tələb edirik. Hamımız qırılaq, amma torpaqlarımızı azad edək! "/modern/
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber