Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

əl-Qələmun yüksəkliklərində əməliyyatlar davam etdirilir

Suriyada hökümət ordusu əl-Qələmun yüksəkliklərində əməliyyatlarını davam etdirir
əl-Qələmun yüksəklikləri müxalif qruplaşmaların Livan ərazilərindən aldığı hərbi, canlı və maddi yardımlarının əsas dəhlizidir

Hökümət ordusu əl-Qələmun yüksəkliklərində ən-Nəbək şəhərini tam şəkildə ələ keçirmək üçün əməliyyatlar aparır.

İnterAz –ın “Reuters”ə istinadla verdiyi xəbərə görə, hakimiyyət ordusu əl-Qələmun yüksəkliklərində yerləşən və əsasən xristianların yaşadığı Dir-Ətiyyə rayonunu ələ keçirdikdən sonra ən-Nəbək şəhərini tam şəkildə ələ keçirmək üçün geniş miqyasda hücumlara başlayıb. Hakimiyyət ordusu paytaxt-Hums yolunu nəzarətdə saxlayan ən-Nəbək şəhərinin bir hissəsini ələ keçirsədə onu tam şəkildə nəzarətə ala bilməyib. əl-Qələmunda ən-Nəbəkdən sonra Yəbrud şəhəri də müxalif qruplaşmaların əsas sığınacaqlarındandır.

Bildirək ki, əl-Qələmun yüksəklikləri müxalif qruplaşmaların Livan ərazilərindən aldığı hərbi, canlı və maddi yardımlarının əsas dəhlizidir. Hakimiyyət “Cenevrə 2” danışıqlarına qədər bu yüksəklikləri nəzarətə almaq istəyir. Bunun baş tutacağı təqdirdə müxalifət silahlıları Suriyada əsas strateji məğlubiyyətlə üzləşəcək.
2053 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...