Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

Obamanın yeritdiyi siyasət İŞİD-in regionda inkişafına xidmət edir!

Nur-az.com shia-news.com-a istinadən:
Bir qayda olaraq Amerikada prezident seçkilərindən qabaq namizədlər xalq arasında rəy toplamaq üçün prezident başda olmaqla iqtidarın yeritdiyi siyasəti tənqid atəşinə tuturlar. Odur ki, 2016-cı il üçün namizədliyi ehtimal olunan sabiq prezidentin qardaşı Ceb Buş artıq dövlət başçısına qarşı tənqidlərə başlayıb. O, deyib ki, Barak Obamanın Orta Asiyada yeritdiyi siyasət İŞİD-in regionda daha geniş miqyasda formalaşmağına şərait yaradıb. Regionda İŞİD kimi bir qaragüruhun əmələ gəlməsinin özü son illərdə dövlətin tutduğu puç mövqeyi nəticəsindədir və artıq başqa qruplarla müqayisədə daha böyük vüsət alıb. Bununla belə, onlarla mübarizə üsullarında dövlət tərəfindən tutarlı bir perspektiv görünmür.
Jebin bu tənqidlərinə rəğmən, ekspertlərin fikrincə, regionda İŞİD və əl-Qaidə kimi terrorist qrupların formalaşması qardaşı sabiq prezident Corc Buşun zamanı Amerikanın Əfqanıstan və İraqa hücumlarından sonra baş verib və Səddam kimi bir diktatorun dövründə belə hallar müşahidə olunmayıb.
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı