Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

Ukrayna ordusu itki verdi

Ukrayna ordusu son bir gündə itki verib.

Bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin rəhbəri polkovnik Andrey Lısenko açıqlama verib.

Onun sözlərinə görə, son bir gün ərzində Ukraynanın şərqində iki əsgərin həlak olub, 4 nəfər isə yaralanıb.

Lısenko bildirib ki, atəşkəs elan olunmasına baxmayaraq Rusiyameyilli separatçılar Ukrayna ordusunun qüvvələrini atəşə tutur.

Andrey Lısenko Ukrayna ordusunun bundan əvvəl ölkənin şərqindəki təmas xətti yaxınlığında 2 Rusiya əsgərinin əsir götürüldüyünü xəbər verib.
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP