Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

İraq şiələri İŞİD terrorçularına qarşı Ramadi ətrafında birləşdi

Şiə hərbçiləri İŞİD terror qruplaşmasına qarşı əks-hücuma keçmək üçün İraqın Ramadi şəhərinin şərqində toplaşırlar.

Ənbar əyalət şurasının rəhbəri Sabah Karhut deyib ki, şiə qoşunları indi Ramadidən təxminən 20 km məsafədə yerləşən Həbbaniyədə gözləmə vəziyyətindədir.

İraqın dövlət televiziyası bildirib ki, tanklar və digər hərbi avadanlıq əl-Həbbaniyə hərbi düşərgəsinə daxil olub. Məlumata görə, böyük qarşılaşma baş tutacaq. Belə ki, İŞİD döyüşçüləri bazaya doğru hərəkət edir.

Bəyanatda deyilir ki, təxminən 3000 şiə döyüşçüsü Ənbara yetişib və “İŞİD döyüşçüləri tərəfindən tutulmuş bütün Ramadi ərazilərinin azad edilməsində” iştirak edəcəklər. Lakin İŞİD döyüşçüləri də Ramadidən Həbbaniyə bazası yaxınlığındakı əl-Xalidiyə şəhərinin kənarına irəliləyiblər.

Qeyd edək ki, Xalq Səfərbərliyi kimi tanınan şiə döyüşçüləri, aprel ayında Bağdadın şimalında yerləşən Tikrit şəhərinin İŞİD-dən geri qaytarılmasında əsas rol oynayıb. Lakin onlardan istifadə edilməsi ABŞ-ın narahatlığına səbəb olub.
566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47