Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Almaniyada dəmiryolçular yenidən tətilə başladı

Kiçik fasilədən sonra Almaniyada dəmiryolçular növbəti dəfə tətilə başlayıb.

“DPA” agentliyinin verdiyi məlumata görə, əvvəlkindən fərqli olaraq, bu dəfə Həmkarlar İttifaqı müddətsiz etiraz aksiyası elan edib.

“Deutsche Bahn” şirkətinə məxsus sərnişin qatarlarının hərəkəti mayın 20-nə keçən gecə, yük qatarlarının hərəkəti isə mayın 19-u, saat 15:00-dan dayandırılır”, Almaniya maşinistləri Həmkarlar İttifaqı (GDL) xəbərdarlıq edib.

Dəmiryol işçiləri ilə “Deutsche Bahn” arasında qarşıdurma uzun müddətdir ki, davam edir. Bu, dəmiryolçularının həyata keçirdiyi sayca doqquzuncu aksiyadır.

Aksiya iştirakçıları maaşların qaldırılmasını, iş həftəsinin azaldılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər./apa/
538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber