Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Səudiyyə ərəb və region ölkələrini almaq üçün nə qədər pul xərcləyib

Vəhabi Səudiyyə Ərəbistanı ərəb və region ölkələrinə maddi yardımlar adı ilə ümumilikdə 22.7 milyard dollar pul verərək, onları özünə müttəfiq edib.

İnteraz-ın Əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, bu barədə Ər-Riyad qəzeti Beynəlxalq Valyuta Fondunun hesabatlarına əsasən apardığı araşdırmaya əsasən məlumat yayıb.

Məlumatda bildirilir ki, Səudiyyə “Ərəb baharı” başlayandan 2014-cü ilin aprelinə qədər daha çox Misirin qanuni prezidenti Məhəmməd Mursi və “Müsəlman Qardaşlar”ı devirən hərbi hakimiyyətə yardım göstərib ki bu da 6.5 milyard dollar təşkil edir.

Bundan sonrakı yeri Yəmən tutur ki, Səudiyyə bu ölkə hakimiyyətinin siyasi qərarlarını dəyişdirmək üçün 3.8 milyard dollar xərcləyib.

İordaniya 3 milyard dollarla 3-cü yeri tutur.

Bəhreyn 2.8 milyard, Oman Sultanlığı 2.5 milyard, Fələstin Muxtariyyəti 1.8 milyard, Mərakeş 1.6 milyard, Sudan 527 milyon, Cibuti 68 milyon dollarla Səudiyyə Ərəbistanın maddi vəsaitindən təsirlənən növbəti ölkələrdir.

Qeyd edək ki, cari ilin mart ayının 26-da Səudiyyənin Yəmənə hücumu zamanı sözügedən ölkələrdən Oman Sultanlığı istisna olmaqla digərləri rəsmi Ər-Riyadın “müttəfiqləri” kimi çıxış etmişdilər.
509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07