Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Əliyev ailəsinin nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ucuzlaşıb.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 0,17 dollar azalıb.

Hazırda neftin bir barelinin qiyməti 66,99 dollardır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” markalı neftin bir barrelinin qiyməti 0,44 faiz ucuzlaşaraq 59,43 (dünən 59,69) dollar təşkil edib.

Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 faiz azalaraq 66,27 (dünən 66,81) dollar olub.

Qeyd edək ki, Dünyanın aparıcı investisiya şirkətlərinin analitiklərinin proqnozuna görə, neft bazarında qiymət müharibəsi amerika-ərəb münasibətlərinin pozulması ilə yeni güc qazanır.

OPEC isə növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb./ans/
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı