Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Azərbaycanın cənub regionunda həyəcan

QİÇS-ə yoluxmuş şəxslərin sayında artım müşahidə olunur

Cənub regionunda QİÇS-ə yoluxmuş şəxslərin sayında artım müşahidə olunur. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran regional labaratoriyasından verilən məlumata görə, yeni yoluxma faktlarının statistikası belə deməyə əsas verir. Labaratoriyanın müdiri Rəmiəli İbişovun sözlərinə görə, bu ilin 10 ayı ərzində regionun 6 rayonunda 81 yeni yoluxma faktı aşkar olunub. Onlardan Lənkəranda 25, Astarada 18, Masallıda 21, Cəlilabadda 5, Lerikdə 2 yoluxma qeydə alınıb. Umumiyyətlə cənub bölgəsində QİÇS-li xəstələrin sayı 699 nəfərdir. Onların 80 faizini kişilər, 20 faizini qadınlar təşkil edir. Yaş həddinə gəlincə, 20-60 yaş arasında yoluxma faktları daha çoxdur.

“Aşkar olunan şəxslər narkoqəbul edicilər arasında idi. Sonra onların ailə üzvlərinə keçib. Onlar arasında doğulmuş uşaqlar da olub. Hazırda tendensiya dəyişmək üzrədir. Yəni qadınlar arasında da bu xəstəlik qeydə alınır”, - deyə Rəmiəli İbişov bildirib.

Yoluxmuş şəxslər arasında təkcə Lənkəranda 67 ölüm faktı baş verib. Onlardan dördü bu il həyatını dəyişib. Həkimlərin fikrincə əsas çıxış yolu tibbi maariflənmədir. Yəni xəstəliyin əsas yoluxma yollarını bilmək və mübarizəni də buna müvafiq yönəltmək.

Qeyd edək ki, QİÇS-li xəstələrin müayinə və müalicəsini bilavasitə onların yanında təşkil etmək məqsədilə ötən ildən Lənkəran rayon Mərkəzi Xəstəxanası nəzdində “Antiretrovirus” terapiyası mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin rəhbəri Həsənağa Cəbiyevin sözlərinə görə, orda region üzrə 100-ə yaxın xəstə qeydiyyatdadır: “Xəstələrin həm müayinəsini, həm müalicəsini və onların sonrakı durumlarına nəzarəti həyata keçiriririk. Xəstələrin 60-ı kişi, 40-ı qadındır”.

Qeyd edək ki, paytaxtda müalicə alan xəstələrin regionda anonim müalicəsinin təşkili xəstəliyin səmərəli müalicəsinə müsbət təsir edəcək./ans/
1863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı