Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Bin Laden haqqında yeni iddia

Əl-Qaidə terror təşkilatının ABŞ-ın apardığı əməliyyatlar nəticəsində öldürülən lideri Üsamə Bin Ladenlə bağlı yaranmış müəmma hələ də müzakirə mövzusudur.

Almaniyanın “Bild am Sonntag” nəşri Bin Ladenlə bağlı yeni iddia ortaya atıb.

ABŞ diplomatik qaynaqlarından sözügedən media orqanına verilən məlumatda bildirilib ki, Almaniya kəşfiyyatının (BND) Bin Laden haqqında Vaşinqtona ötürdüyü məlumatlar terrorçu liderin tapılıb öldürülməsində mühüm rol oynayıb.

Məlumata görə BND Bin Ladenin Pakistanda gizlənməsi barədə Pakistanın xüsusi xidmət orqanının (ISI) agentindən aldığı informasiyanı Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) verib.

Qeyd edək ki, Bin Laden 2011-ci ilin may ayında ABŞ hərbi qüvvələrinin Pakistanda həyata keçidiyi əməliyyatlar zamanı öldürülüb.

Bu yaxınlarda isə tanınmış araşdırmaçı-jurnalist, "Pulitzer" mükafatçısı Seymur Herş Bin Ladenin öldürülməsi haqqında informasiyaları ABŞ prezidenti Barak Obama tərəfindən tirajlanan yalan kimi xarakterizə edib./modern/
534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber