Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Ayətullah Xameneinin müşaviri Hizbullah lideri ilə görüşüb

Ali Dini lider Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti Livan paytaxtında Hizbullah lideri höccətül-islam Həsən Nəsrullahla görüşüb.

İnterAz-ın İRNA-ya istinadla verdiyi xəbərə görə, Ayətullah Xameneinin müşaviri bu görüşdə Hizbullah liderinə təşkilatın əl-Qəlamun yüksəkliklərində əldə etdiyi naliyyətlərə görə təbrik deyib.

Tərəflər bu görüşdə radikal və təkfirçi cərəyanlarla mübarizə və sair məsələlərdə müzakirələr aparıblar.

Ayətullah Xameneinin müşaviri Livana səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə də müzakirələr aparıb.

Qeyd edək ki, Suriya ordusu hazırda Hizbullahın dəstəyi ilə əl-Qəlamun yüksəkliklərində “ən-Nusra Cəbhəsi” və ona tabe olan terror qruplaşmalarına əməliyyatlar aparır. Hizbullah bir neçə gün öncə adıçəkilən bölgədə qruplaşmaların mövqelərindən 90 faizinin təmizləndiyini bildirmişdi.
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45
Taleh Bağı