Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Yəməndə Səudiyyə əleyhinə misli görülməmiş kütləvi aksiyası keçirilib

Ötən gün Yəməndə Səudiyyə Ərəbistanının təcavüzlərinə qarşı irimiqyaslı etiraz aksiyası keçirilib

İnterAz-ın Əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, son iki ayda ən kütləvi olan bu aksiyanın yekun bəyanatında ölkəyə tətbiq edilən mühasirənin götürülməsi tələb olunub və başda BMT olmaqla müxtəlif aidiyyəti beynəlxalq təşkilatlardan məsuliyyətli olmaq tələb edilib.

Aksiyalar zamanı Səudiyyənin ölkədəki sivil məkanları hədəfə alınması pislənilib və hazırda Ər-Riyadda Yəmənlə bağlı keçirilən konfransda iştirak edənlərə xəbərdarlıq edilib. Bildirilib ki, bu konfransda iştirak edənlər Yəməni təmsil etmirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı martın 26-dan başlayaraq, Yəməndə legitimliyi qorumaq bəhanəsi ilə bu ölkəyə hücuma keçib. Hücumlarını 53 gündür davam etməsinə baxmayaraq, Səudiyyənin dəstəklədiyi Abdu-Rabbih Mansur Hadinin hökuməti üçün Yəməndə təhlükəsiz bir əyalət təmin edə bilməyib.
534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.