Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Yanan binada qadın və uşaqlar qalıb

Bakıda hündürmərtəbəli binada baş verən yanğın zamanı içəridə insanlar qalıb.

Hazırda binada yanğın davam edir. Binanın pəncərəsindən bir qadın və körpə uşağın içəridə qaldığı görünür. Bina daxilində neçə nəfərin olduğu dəqiq bilinmir.

FHN əməkdaşları və texnika hadisə yerinə cəlb olunub. Hazırda xilasedici dəstə yanan binada əməliyyata başlayıb.

Yanğın baş verən əraziyə çox sayda insan və polis əməkdaşı toplaşıb. İlkin məlumatlara görə, yanğından xilas olmaq istəyənlərdən biri özünü binadan aşağı atıb.

Qeyd edək ki, Binəqədi rayonu Azadlıq prospekti ərazisində 16 mərtəbəli binanın fasadı alışaraq yanmağa başlayıb./ans/
1043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı