Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Həftədə 2,5 santimetr boy atan 18 yaşlı gənc

Bu oğlan 11 yaşından sonra çox sürətlə boy atmağa başlayıb.

Britaniyalı 18 yaşlı Coş Qottsun 1,90 santimetr boyu var və o, hər həftə 2,5 sm. artmaqda davam edir.

“The Daily Mail” xəbər verir ki, bu oğlan 11 yaşından sonra çox sürətlə boy atmağa başlayıb.

Onun o qədər də hündür olmayan valideynləri isə Coşun boyu ilə bağlı narahatdırlar.

“Mən ona yeni paltar almağa macal tapmıram. O elə böyükdür ki, ABŞ-dan böyük kişilər üçün nəzərdə tutulan şalvar sifariş verməli oluruq. O daima qapıdan keçəndə başını əzir. Deyəsən, oğlumun boy artımı dayanmayacaq”, - deyə oğlanın anası Şeron bildirib.

Valideynlər bununla bağlı həkimlərə müraciət ediblər. Lakin problemin öyrənilməsinə iki il vaxt sərf olunub. Məlum olub ki, uşaqda anadangəlmə genetik problem var və bu səbəbdən o daima artır. Həkimlər deyirlər ki, Coş planetdə yeganə insandır ki, bu xəstəlikdən əziyyət çəkir.


2132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber