Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Ölənlərin sayı 13-ə çatdı

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:30 olan son məlumatlara əsasən 41 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyinin rəsmi saytı xəbər verir ki, bunlardan 17-si 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 4 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 10 nəfərdir. Digər 7 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

***
Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 15:00 olan son məlumatlara əsasən 61 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Bunlardan 30-u 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyinin bu dəqiqə üçün yaydığı son məlumata əsasən, ölənlərin sayı 13 nəfərdir. Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib./axar/
777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat