Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Səudiyyə Ərəbistanı xalqı Ayətullah Nimr üçün yenidən küçələrə axışdı

Səudiyyə Ərəbistanının şərqində ölkənin nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir ən-Nimr üçün dəstək nümayişi keçirilib.

PressTV-nin verdiyi xəbərə görə, dünən Səudiyyə Ərəbistanının şərqindəki Əvamiyyə əyalətinin 3 məntəqədəsində Ayətullah Nimrə dəstək nümayişi keçirilib. Qətif şəhərində keçirilən aksiyada nümayişçilər, Ayətullah Nimri həbsdə saxlamağa davam edən Səudiyyə rejiminə sərt etiraz ediblər.

Əllərində Ayətullah Nimrin şəkillərini daşıyan nümayişçilər, onun dərhal sərbəst buraxılması üçün şüarlar səsləndiriblər.

Səudiyyə Ərəbistanının şərqindəki mitinqlər, mayın 15-dən başlayıb.

Qeyd edək ki, Səudiyyə məhkəməsi xalqın demokratiya və azadlıq tələblərinə dəstək verdiyi üçün Ayətullah Nimrə qarşı edam hökmü verib./deyerler/
436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber