Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Poroşenko: “Mən Putinə etibar eləmirəm"

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinə etibar eləmədiyini söyləyib. Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, Poroşenko “inanmadığın adamla necə danışıqlar aparmaq olar” sualına cavabında deyib: “Mənim başqa çıxış yolum yoxdur. Mən düşünmürəm ki, mənim ərazilərimin azad edilməsi hərbi vasitələrlə həyata keçəcək”.

Prezidentin sözlərinə görə, Donbasa yeni hücumları artıq yayda gözləmək lazım gələcək. “Fikrimcə, biz buna hazır olmalıyıq” - əlavə edib Ukrayna prezidenti.

Qeyd edək ki, Poroşenko bir neçə dəfə bəyan edib ki, müharibə o zaman bitəcək ki, Ukrayna Krımı qaytaracaq.
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
19.01.17, 16:54