Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Yanan binadan özünü atan gəncin şəxsiyyəti müəyyənləşdi

Xəbər verdiyimiz kimi, bu gün Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada dəhşətli yanğın baş verib.

Yanğın nəticəsində dünyasını dəyişən 27 yaşlı Nəcəfzadə Yaşar Fazil oğlu haqda məlumat əldə edilib.

Mərhumun dostlarının portalımıza verdiyi məlumata görə, Yaşar yanan binanın 16-cı mərtəbəsində yaşayırmış. Yanğın nəticəsində qurtula bilməyən gənc özünü çoxmərtəbli binadan yerə atıb. Aldığı xəsarət nəticəsində hadisə yerindəcə keçinib. Əslən Salyan rayonundan olan Yaşar evdə tək yaşayırmış. Uzun illərdi Bakıda yaşayan Yaşar əsgərlikdən bir neçə il öncə geri dönmüşdü.

Dostları həmçinin Yaşarın fotolarını və sosial şəbəkədə paylaşdığı son statusu portalımıza təqdim edib./azxeber/
1032 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...