Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Dilavər Əzimli: “Bu gün məmurlar elə harınlayıb ki...”

Tarix İnstitutunun əməkdaşı, tanınmış tarixçi Dilavər Əzimli Binəqədi rayonunda baş verən hadisə ilə bağlı sərt açıqlama verib.
“Baş verən faciə məni bərk sarsıtdı. Ağlamaq tutdu. İlahi, bu qədər də qudurğanlıq, özbaşınalıq olarmı? Kim cavab verəcəkdir? Niyə matəm olunmadı? Ölənlər bu millətdən deyildirmi? Bu gün məmurlar elə harınlayıb ki, ölənlər onlar üçün adi bir şeydir.
Bu cür faciədən sonra Bakı şəhər meri, Binəqədi icra başçısı istefa verməliydi. Fövqəladə Hallar Nazirliyin rəhbərliyi istefa verməliydi. Çünki bu binanın təhlükəsizliyinə dair arayış veriblər. Bütün şəhər bu gündədir. Bizim binanı da bu cür eybəcər günə salıblar. Həmin binalar da təhlükə mənbəyidir. Bu gün məmurlarımız sübut etdi ki, onlar üçün pul, sərvət Vətəndən, Millətdən daha əzizidir. Bəlkə yemək əvəzinə pul yeyəsiniz. Gözünüz doymur. Dəhşətdir!
Bizim qonşu binanın sakinləri bu cür təmirə etiraz edirdilər. Ora polis töküb güclə təmir etdilər. Təmirdən sonra gəlin baxın görün bina necə eybəcər gündədir. Cənab Hacıbala Abutalıbov deyir ki, bu məsələni məndən soruşmayın. Kim onun yerində olsaydı, bir saat olsa da o postda oturmazdı. Allahdan qorxun! Bu cür pul yemək heç kəsə qismət olmur! Çünki Allahın cəzasından kimsə qaça bilməz! Bunu tarix sübut edir, cənab məmurlar!”/facebook//
685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.1