Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Abutalıbovun yalanını ifşa edən - FOTO

BŞİH rəsmisi Binəqədidəki yanğına görə məsuliyyət daşımadıqlarını iddia etsə də, bu şəkil bütün gerçəklikləri göz önünə sərir  

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonundan baş verən dəhşətli yanğından dərhal sonra paytaxtda və Sumqayıtda binaların “penoplas” üzlüklərinin sökülməsinə başlanıılıb.
Bu haqda öncədən məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbov qeyd etmişdi ki, Binəqədi ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar dövlət başçısının sərəncamı ilə yaradılan Dövlət Komissiyası sabaha qədər qərar verməlidir:
"Hazırda istintaq gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki, belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək. Bunun üçün dövlətin imkanı və büdcəsi var".
Onun sözlərinə görə, əgər komissiya arayış versə ki, yanğın başqa səbəblərdən baş verib, onda onların sökülməsinə ehtiyac yaranmayacaq.
Bununla belə, hələ Dövlət Komissiyasının yığıncağından öncə Bakıda binaların üzlüklərinin sökünütüsünə başlanılmışdı. Maraqlıdır, son vaxtlar Bakıdakı binaları “penoplas” üzlüklə “gözəlləşdirən” BŞİH indiyə kimi bu materialın keyfiyyətsiz və yanğına davamsız olduğunu bilmirdi?! Yoxsa, hansısa məmurların bu işdən milyonlarla gəlir götürməsi əhalinin canından daha artıq idi?!
Yeri gəlmişkən, Binəqədidə baş verən yanğından dərhal sonra mətbuata açıqlama verən BŞİH rəsmisi faciəyə görə məsuliyyət daşımadıqlarını iddia etmişdi. Lakin Muxalifet.az-ın əldə etdiyi aşağıdakı foto yanğına görə BŞİH-in birbaşa məsuliyyət daşıdığını ortaya qoyur.

696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber