Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Jurnalist Bakı Baş Polis İdarəsinə çağırılma səbəbini açıqladı

”Yeni Müsavat” qəzetinin köşə yazarı, tanınmış jurnalist Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmağının səbəini açıqlayıb. Saat 19.00-da idarəyə gedən jurnalist oradan çıxdıqdan sonra bildirib:

” Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar, bildirdilər ki, gündüz Facebook statusumda camaatı binaların penoplast üzlüklərini sökməyə çağırmaqla qızışdırıcı təxribat etmişəm. Məni ən çox yandıran bu deyil, polis jurnalisti kaş elə o cür, rəsmi qaydada idarəyə çağırsın, küçədə mülki geyimlilərin əli ilə oğurlamasın. Bu mənada "qorotdel"ə hətta təşəkkür edə bilərəm. Məni yandıran odur ki, ölkədə böyük cinayətlər baş verir, insanlar evlərinin içində yandırılır, amma polis cinayətkarları yox, təhlükə xəbərdarlığı edən jurnalistləri qorxudur. Çox acınacaqlı durumdur”.

Qeyd edək ki, jurnalist saat 19.00-dan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin nümayəndəsinə ora gəlməyəcəyini deyincə, qarşı tərəf ona “özünüz gəlməsəniz, yoldan tutub aparacağıq” hədəsini ünvanlayıb.
599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15