Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Daha bir qazi özünü yandırdı-Fotolar

Dünən axşam Cəlilabad rayonu polis idarəsinin qarşısında Qarabağ müharibəsi və 20 yanvar iştirakçısı Mürsəlov Mirtahir Miradil oğlu özünü yandırıb.

Bu barədə qaziler.az saytına özünə qəsd edən müharibə veteranının qardaşı Mürsəlov Mirkamil məlumat verib. Onun sözlərinə görə qardaşının özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub.

M.Mirtahir Bakı şəhərindəki 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirlib. Həkimlər M.Mirkamilə bildiriblər ki, xəstənin yaşmaq şansı yoxdur. Hadisə ilə bağlı döyüşçünün həyat yoldaşı Mahirə xanım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə teleqram da vurub.

Xatırladaq ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi. Cəlilabadda məmur, ələxsus da icra hakimiyyəti başçısının özbaşınalığı baş alıb gedir! Buna bir dur deyən yoxdur!







1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı