Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

İŞİD siqaret çəkənlərə belə divan tutdu - Video

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı radikal sələfi ideologiyasının daşıyıcısıdır. Sələfilər isə siqaret çəkməyi haram əməllərdən biri sayırlar.
İŞİD üzvləri arasında siqaret çəkmək də kobud qayda pozuntusu, yolverilməz əməl sayılır.
Siqaret çəkənlər cəzalanırlar və cəza komandirlərin, yəni "əmir"lərin istəyindən asılı olur.

Al Jazeera bildirir ki, İŞİD siqaret çəkən mənsublarının cəzaya məruz qaldıqları anların əks olunduğu videonu yayıb.
Videonun Suriyanın Rəqqa şəhərində çəkildiyi iddia olunur.
Bu videoda otağa bir dəstə İŞİD mənsubunu yığıblar. Onlar siqaret çəkməkdə suçlanırlar.
İŞİD-in iki komandiri bu "bədəməd"lərə söyür, yumruqlayır. Sonra onlar divarın dibində oturmuş "günahkar"ları təpikləməyə, şallaqlamağa başlayırlar./milliaz/


828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi