Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

AİP xalqımıza baş sağlığı verir

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən çoxmərtəbəli binada baş verən güclü yanğın nəticəsində dünyasını dəyişən vətəndaşların ailələrinə, yaxınlarına, ümumilikdə xalqımıza baş sağlığı veririk.

Baş verən faciənin artıq ikinci və eyni səbəbdən olması cəmiyyətdə ciddi narahatcılıq doğurur.

Səhlənkarlıq və nəzarətsizlik hallarının çoxsaylı insan tələfatı ilə nəticələnməsi onu göstərir ki, vətəndaşların taleyi hələ dı məsuliyyətsiz insanların dünyəvi maraqlarına qurban verilməkdədir.

Bu cür faciələrin təkrarlanmamasından ötrü xalqımızın taleyinə məsul şəxslər, dövlət orqanları təcili tədbirlər görməli, konkret addımlar atmalıdırlar.

Baş verən fəlakət nəticəsində həlak olanların sayının 16 nəfər olması ölkədə matəm kimi qeyd olunması zərurətini yaradır.

AİP olaraq hadisədə vəfat edən insanların ailələrinə, bütövlükdə xalqımıza bir daha baş sağlığı verir, yaralanan çoxsaylı vətəndaşlara Allahdan şəfa diləyirik.
694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14
Gən