Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salamun aleykum. Mənim sualım budur əgər ər yoldaşına hirslənib 3 dəfə səni boşayıram səni atanın evinə göndərəcəm desə onda o qadın öz ərinə haram olurmu? Nikah pozulurmu? Əgər pozulursa sonradan necə nikah baglanılar. Qabaqcadan dərin təşəkkür edirəm.
Ad: Tural, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində nikah pozulmur və bu talaq hesab olunmur. Kişinin öz arvadına talaq verməsi üçün aşağıdakı şərtlərin toplanması lazımdır (əks təqdirdə talaq düzgün sayılmır və onların arasındakı ər-arvadlıq öz qüvvəsində qalır):
Öz arvadına talaq verən kişi:
1. Vacib ehtiyata görə gərək büluğ həddinə çatmış olsun.
2. Aqil olsun.
3. Kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir.
4. Gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat məqsədilə, yaxud sərxoş halda desə, düzgün deyil.
5. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun.
6. Talağın siğəsi gərək ərəbcə düzgün oxunsun.
7. Talağın siğəsi "taliq" kəlməsi ilə oxunsun.
8. İki adil kişi talağın oxunmasına şahid olsunlar. 
813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı