Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Milli Şura yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

BŞİH-dən "20 yanvar" stansiyasından "Məhsul" stadionuna qədər yürüş keçirilməsinə razılıq verilməsi xahiş edilib
Milli Şura aksiya keçirilməsinə razılıq verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, icra hakimiyyətinə müraciətdə bir neçə variant təklif edilib: "Müraciətdə mitinqin mayın 31-də saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsi və ya mayın 30-da keçmiş "Nərimanov" kinoteatrının qarşısındakı meydanın verilməsi qeyd olunub. Buna razılıq verilməyəcəyi təqdirdə isə metronun "20 yanvar" stansiyasından "Məhsul" stadionuna qədər yürüş keçirilməsinə razılıq verilməsi xahiş edilib".
Qeyd edək ki, bundan əvvəl Milli Şura mayın 24-də mitinq keçirilməsinə razılıq verilməsi üçün BŞİH-ə müraciət etmişdi. İcra Hakimiyyəti mitinqin mayın 24-də keçirilməsini məqsədəuyğun hesab etməyib, aksiyanın mayın 23-də keçirilməsini təklif edib. Milli Şura rəhbərliyi isə bu təkliflə razılaşmayıb.
635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP