Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Yaponiya ilə Rusiya arasında Kuril savaşı

Yaponiyada Kuril adaları ətrafında razılığa gəlmək üçün Rusiya prezidenti Vladimir Putinin gəlişini gözləyirlər.

Bu barədə RİA Novosti xəbər yayıb.

“İstərdik ki, (Kuril adaları ətrafında) ərazi problemlərini həll edərək, siyasi mövzulara keçək və sülh müqaviləsi bağlayaq. Və bunun üçün biz istərdik ki, Rusiya prezidenti Yaponiyaya gəlsin. Baş nazir Sindzo Abe ciddi şəkildə bu barədə fikirləşir”, - deyə Dövlət Dumasının spikeri Sergey Narişkinlə görüşdə hakimiyyətdə olan liberal-demokrat partiyasının sədr müavini keçmiş XİN rəhbəri Masaxiko Kamuro bildirib.

Qeyd edək ki, Rusiya Yaponiya parlamenti tərəfindən 1956-cı ildə ratifikasiya edilən sənəd əsasında Tokiyo ilə dialoqa hazırdır.

Xatırladaq ki, Cənubi Kuril İkinci dünya müharibəsinin nəticələrinə əsasən SSRİ tərkibinə keçib və Rusiya bunun beynəlxaql hüquq normalarına uyğun olduğu iddiasında israrlıdır./ans/
653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 1