Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Misirin şiə siyasi fəalı Tahir əl-Haşimi həbs edilib!

Nur-az.com shia-news.com-a istinadən:
Misir Şiə Cavanları İttifaqının sədri və Ümumdünya Əhli-Beyt Cəmiyyətinin üzvü Heydər Qəndil bildirib ki, ötən çərşənbə axşamı əl-Səqəleyn Cəmiyyətin sədri siyasi fəal Tahir əl-Haşimi naməlum səbəblər üzündən həbs olunub. Qeyd edək ki, onun bir gün əvvəl informasiya vasitələrindən birinə telefonla məmurların qəfil cəmiyyətin binasına daxil olaraq təftiş apardıqları haqda məlumat verdiyi zaman səsi kəsilib və o vaxtdan haqqında dəqiq bir xəbər yoxdur. Doğrusu, bu hadisəni, bir növ, insan oğurluğu əməliyyatı da, adlandırmaq olar.
Əl-Suda xəbər agentliyinə görə, seyid Tahir əl-Haşimi əl-Səqəleynə hücumu məhkum edərək prezident Əbdülfəttah əl-Sisi və daxili işlər naziri Məcdi Əbdülqəffardan bu barədə məlumat vermələrini istəyib. O, hətta deyib ki, biz prezident hakimiyyəti tərəfdarı, o cümlədən, 30 iyun çevrilişinin iştirakçılarındanıq və bizə qarşı belə rəftara layiq deyilik.
1145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...