Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Cəmil Həsənli: “Prezident seçkiləri təxirə salınsın”

Xəbər verildiyi kimi, bu gün saat 16:00-dan başlayaraq Müsavat Partiyasının qərargahında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat konfransı keçirilir. Mətbuat konfransı təbliğat-təşviqat kampaniyasının yekunlarına, seçkiöncəsi duruma həsr olunub.
Öncə Milli Şuranın mətbuat katibi Oqtay Gülalıyev Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahının 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası prezident seçkiləri üzrə seçkiqabağı siyasi durum və təşviqat kampaniyasının nəticələri haqqında hesabatını təqdim edib.
Daha sonra çıxış edən Cəmil Həsənli bildirib ki, əlimizdə seçkinin saxtalaşdırılacağı ilə bağlı ciddi sübutlar var. “Biz tələb edirik ki, seçki elə bu an dayandırılsın. Seçkinin vaxtı başqa bir zamana keçirilsin. Ölkədə seçki mühiti bərpa edilsin və seçki başqa bir zamana təxirə salınsın.
Elə bu an MSK-nın bunu etməyə tam səlahiyyəti var”, - deyə Cəmil Həsənli bildirib.
Cəmil Həsənli həmçinin bildirib ki, MSK həm də İlham Əliyevin namizədliyini ləğv etməlidir.
Qanuna əsasən bu gün bunu etmək gec deyil. /Deyerler.org
1851 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:18
Çin mediası: Tram