Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

AKP-li bələdiyyə sədrinə silahlı hücum

Türkiyə Bursa vilayəti Gürsu rayonunun hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bələdiyyə sədri Cüneyd Yıldız silahlı hücuma məruz qalıb.

Bələdiyyə binasına daxil olan naməlum şəxs bələdiyyə sədrinin xidməti otağında güllələyib.

Başından və sinəsindən yaralanaraq təcili yardımla xəstəxanaya çatdırılan Cüneyd Yıldızın vəziyyəti ağırdır.

Hücum anında sədrin yanında olan xidməti ürücüsü Yener Şimşek də ağır şəkildə yaralanıb.

Hadisəni bələdiyyə əməkdaşlarından birinin törətdiyi müəyyən olunsa da onu yaxalamaq hələlik mümkün olmayıb./ans/
550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:57