Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

Xəstəxanada insident: xəstə özünü doğradı

Gəncə şəhər sakini damarını kəsərək intihara cəhd edib. Hadisə bu gün günorta saatlarında baş verib.

Şəhər sakini, 1983-cü il təvəllüdlü Asim Hüseynov qolundakı damarını kəsdiyi uçun Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Keyləşdirici iynə vurulduqdan sonra A. Hüseynov xəstəxananın travmatologiya və reanimasiya şöbələrini dağıtmağa başlayıb.

Xəstəxanadan bildirilib ki, pəncərə şüşələrini, laboratoriyada bir sıra avadanlıqları sındıran A. Hüseynov tibb ocağına çağırılan polis əməkdaşları tərəfindən saxlanılıb. Sonra həkimlər onun damarına tikiş qoyublar./apa/
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!