Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

Ərdoğanın sarayı ilə bağlı sensassion iddia - FOTO

Prezident sarayının təkcə istilik sisteminə 10 milyon avro xərclənib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni iqamətgahı olan Ağ saray ətrafında müzakirələr səngimək bilmir. Yerli mətbuat və müxalifət sarayın xərclərinin fantastik olduğunu bildirərək Ərdoğanı sərt tənqid edir. Təbliğat mitinqlərinin birində bu tənqidlərə cavab verən Türkiyə prezidenti bildirmişdi ki, saraya çəkilən xərclər ən uzağı, 1 milyon dollardır. Müxalifət isə bu rəqəmin 10 milyon dollar olduğunu deyir.

Türkiyənin «Sözcü» qəzetinin əldə etdiyi son məlumatdan belə məlum olur ki, Ankaranın Beştəpə bölgəsində yerləşən sarayın təkcə istilik sisteminə 10 milyon avro xərclənib. Bu barədə qəzetə Memarlar Odası Ankara şöbə rəhbəri Tezcan Karakuş məlumat verib: «Sarayın yerdən isitmə sisteminə xərclənən pul «dodaq uçuqladandır». Bu sistemin qurulması 10 milyon avroya başa gəlib. Üstəlik bu pula illik qulluq və qaz pulu daxil edir».

Tezcan Karakuşun sözlərinə görə, sarayda - Ərdoğanın iş otağındakı sobaların arxasında iki gizli dəhliz var. Bu dəhlizlərdə məscid və kassa var.

Karakuş yaxın vaxtlarda sarayın tikintisi zamanı istifadə olunan materiallara nə qədər pul xərcləndiyi barədə də məlumat verəcəyini bildirib: «Xalqın yoxsulluğunu görməyənlərin qanunsuz əməlləri, həmçinin Atatürkün vəsiyyətinin nəzərə alınmamasını müzakirə olunmalıdır. Saray qaçaq, kral lüt».


610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu