Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2013

Lvovlılar Kiyevə axışır

Lvov şəhərinin 10 minədək sakini “xalq yığıncağı”nda iştirak etmək üçün Kiyevə yollanıb
Ukraynanın Lvov şəhərinin 10 minədək sakini “Batkivşina”, “UDAR” və “Azadlıq” müxalifət partiyaları tərəfindən təşkil olunmuş “xalq yığıncağı”nda iştirak etmək üçün paytaxt Kiyevə yollanıb.

Apa-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, “UDAR” partiyasının mətbuat xidmətinin məlumatına əsasən, “insanların bir qismi artıq avtobuslarla və şəxsi nəqliyyat vasitələri ilə yola düşüb”. Avtomobil karvanını “UDAR” partiyasından olan bir neçə deputatlar başçılıq edir.

Qeyd edək ki, noyabrın 30-da “UDAR” partiyasının lideri Vitali Kliçko Lvov meydanında çıxışı zamanı şəhər sakinlərini Kiyevdə bu gün keçiriləcək “xalq yığıncağı”nda iştirak etməyə çağırıb.
1873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15