Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

Dövlət beləmi olur?

"Normal dövlət idarəetməsi, hüquqa hörmət olan yerdə bu miqyaslı hadisələr baş verə bilərmi?"

AXCP sədri Əli Kərimli İlham Əliyevin mayın 20-də keçirdiyi müşavirəyə münasibət bildirib. Əli Kərimli özünün "facebook" səhifəsində müşavirəni belə dəyərləndirib:

"Dövlət səviyyəsində baş vermiş cinayətləri ört-basdır etməyə nə qədər çalışsalar da, bir çox dəhşətli həqiqətlər də ortaya çıxır.
1. Gözlərin daha çox zilləndiyi, sualların daha çox ünvanlandığı Fövqəladə Hallar Naziri Ilham Əliyevin qarşısında açıq şəkildə bildirdi ki, “bu işlərin ekspertizasız və FHN-ə müraciət olunmadan aparılması barədə xəbərdarlıq edilib”. İndi hər kəs özü fikirləşsin ki, FHN-lə hesablaşmadan 263 binada belə təmir – tikinti işlərini kim(lər)ə arxalanıb etmək olar.

2. Geniş ictimaiyyət 2013-cü ildə Tibb Universitetinə aid binada, bu ilin aprel ayında Xətai rayonundakı binada tezalışan örtüklərlə üzlənmiş binalarda yangın baş verdiyini xatırlayır. Z. Qaralov etiraf edib ki, ilk belə hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində, böyük faciəyə qədərki sonuncu yanğın da bu il aprelin 27-də Buzovna qəsəbəsində baş veribmiş. Beləliklə 19 may facisəsinə qədər bu tezalışan üzlüklər 4 dəfə yanğına səbəb olub, amma heç kim faciənin qarşısının alınmasına çalışmayıb. Dövlət beləmi idarə olunmalıdır?

3. Məlum olub ki, “Global Construction” şirkəti adından bu riskli, lakin pullu biznes 2010-cu ildən başlanıb. O da məlum oldu ki, hər il büdcədə bu fasaddəyişmə işlərinə 180-220 milyon manat pul ayrılırmış. 5 ildə bu fasaddəyişməyə xərclənən pullar 1milyard manat oldumu?

4. O da ortaya çıxdı ki,1 milyard manat dövlət büdcə vəasaitlərinin xərcləndiyi, insanların həyatı üçün təhlükəli olan bu təmir işlərinin xeylisini nəinki FHN-in razılığını almadan, hətta icra hakimiyyətləri ilə rəsmi müqavilə bağlamadan həyata keçiriblər.

Heç kim yaxasını kənara çəkməsin. Hamımız düşünməliyik. Normal dövlət idarəetməsi, hüquqa hörmət olan yerdə bu miqyaslı hadisələr baş verə bilərmi? Dövlət beləmi olur? Beləmi olmalıdır?

Əziz həmvətənlər, necə düşünürsünüz, belə dəhşətli cinayətlərin dövlət başçısının iradəsi daxilində törədilməsi, yoxsa onun bu qədər iri miqyaslı cinayətlərdən xəbərinin olmaması daha böyük fəlakətdir?"
636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26