Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

Şirvanda qayçılı aksiya

Məktəb direktorunun şagirdlərin saçını kəsməsi valideynlərin qəzəbinə səbəb olub

Şirvan şəhərində əcaib hadisə yaşanıb. 13 saylı orta məktəbə yeni təyin olunmuş xanım direktor yuxarı sinif şagirdlərini cəzalandırmaq üçün qəribə vasitəyə əl atıb.

Belə ki, direktor məktəbin həyətində 9 və 10-cu siniflərdə təhsil alan şagirdləri bir sıraya düzərək, əlindəki qayçıyla onların saçlarını necə gəldi kəsib. Sonradan məlum olub ki, yeni təyin edilmiş məktəb direktoru bu addımı «külli ixtiyar sahibi» olduğunu isbat etmək üçün atıb. Amma çox keçməyib ki, cavabını da alıb.

Hadisənin səhəri günü valideynlər uşaqlarının başına gətirilənlərə etiraz olaraq əllərində qayçı məktəbin qarşısına toplaşıblar. Onlar direktorun saçını kəsmək istəyiblər. Lakin müəllimlərin araya girməsindən sonra ara sakitləşib./jam.az/
630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02
BU DƏFƏ &quo