Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

Kadırov kişilərə çağırış etdi

Çeçenistan prezidenti Ramzan Kadırov çeçen kişilərinə çağırış edib.

Çeçen prezident bu barədə yerli telekanallardan birinin qonağı olarkən vətəndaşlarına xüsusilə gənclər tərəfindən ən çox istifadə edilən tətbiqlərdən biri olan Whatsapp-dan uzaq durmağı məsləhət görüb.

O, ötən günlərdə mübahisəli nikah mərasimi haqqında məlumatın məhz "WhatsApp” vasitəsilə yayıldığını vurğulayaraq, kişilərə həyat yoldaşlarını bu tətbiqdən uzaq saxlamağa çağırıb.

"Ailə qüruru vacib bir amildir. Belə şeyləri WhatsApp vasitəsilə yayıb paylaşmayın. Kişilər, öz qadınlarınızı WhatsApp-dan uzaq tutun və əsil çeçen kimi davranın”, – deyə R.Kadırov bildirib.

Çeçen lider bir neçə ay əvvəl isə həmyerlilərinə uşaqlarını bu tətbiqdən uzaq saxlamağı tapşırmışdı.

Qeyd edək ki, R.Kadırov bir müddət əvvəl Rusiya qanunlarına zidd olaraq əvvəllər evli olan polis rəisinin 17 yaşlı qızla evlənməsini dəstəkləmişdi. Şənbə günü 47 yaşlı polis rəisi Nazhud Qucigovla evləndiyi deyilən 17 yaşlı Xeda Qoylabiyevanı evdən qovmasına dair xəbər dolaşmağa başlamışdı. Ramzan Kadırov isə özünün şəxsi "İnstagram" hesabından cütlüyün fotosunu paylaşaraq belə bir post paylaşmışdı: "Qızın ailəsi bu evliliyə razılıq verib"./ans/
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP