Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

Zərdabda sosial müavinət hərc-mərcliyi

Zərdabın Çallı kənd sakini Sahil Eminovun müraciəti daxil olub.

Müraciət müəllifi əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova rayonda olanlardan yazıb. S.Eminov qeyd edir ki, Zərdabın Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı sosial yardımların verilməsində özbaşınalıq hökm sürür. “Bu il fevralında ünvanlı sosial yardım almaq üçün Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdim. Mərkəzdə mənə hansı sənədlərin təqdim olunmasını bildirdilər. Mən də lazım olan sənədləri toplayaraq fevralın 19-da mərkəzə təqdim etdim. O vaxtdan indiyədək dəfələrlə Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ceyhun Qəribov adlı əməkdaşının yanında olsam da, hər dəfə yola verir. Qardaşım Eminov Zaur Qarabağ doyüşlərində şəhid olub. Zərdab rayonunda aztəminatlı ailələr əvəzinə, yardımı imkanlı ailələr alır”.

Şikayətçi bildirir ki, C.Qəribovun şərtləri belədir; ya qabaqcadan altı ayın pulunu verməlisən, ya da ən yaxşı halda yardımın ilk altı ayını Ceyhun Qəribova verəcəyinə onu inandırmalısan: “Əks halda, mənim kimilər get-gələ salınır. Cənab nazir, Siz bu məsələni yerində araşdırsanız, ünvanlı sosial yardımı xarici maşını olan ailələrin aldığını görəcəksiniz. Sizdən xahiş edirəm, şikayətimin araşdırılmasına və mənim ünvanlı sosial yardım almağıma kömək edəsiniz»./tia/
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber